Gülay Quliyeva “Ölkəmizin mətbuatı daim yeniləşir və ən müasir standartlara cavab verir” TƏBRİK
“1875-ci ildə Azərbaycanın dahi mütəfəkkiri Həsən bəy Zərdabinin təşəbbüsü ilə "Əkinçi" qəzetinin yaranması Azərbaycan milli mətbuatının əsasını qoydu və əbəs deyil ki, milli mətbuatımızın yaranması, onun keçmiş olduğu şərəfli və tarixi yol Azərbaycan mətbuatının bu günü və gələcəyi üçün böyük örnəkdir”.
Bu fikirləri “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülay Quliyeva SİA-ya qarşıdan gələn Milli Mətbuatın 145-ci ildönümü ilə bağlı düşüncələrini bölüşərkən deyib.
Onun sözlərinə görə, intibah dövrünün əsas atributu sayılan "Əkinçi" qəzeti Azərbaycan xalqının milli kimliyini və tarixi dəyərlərini, eyni zamanda, dilimizin qorunub-saxlanmasında böyük rol oynayıb: “Bu baxımdan da, müstəqilliyə qədər olan dövr Azərbaycanda milli mətbuatın adı ilə bağlıdır. Çünki Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifəni həmişə böyük şərəflə yerinə yetirməyə çalışıb. Ölkəmiz ikinci dəfə öz milli müstəqilliyinə qovuşduğu dövrlərin ilk illərində də mətbuatımız böyük təlatümlər və çətinliklər yaşamaqda idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı ilə yanaşırdı. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də Azərbaycan mətbuatına böyük diqqət və qayğı davam etməkdədir”.
“Ölkəmizin mətbuatı daim yeniləşir və ən müasir standartlara cavab verir”, deyən İctimai Birliyini sədri həmçinin qeyd edib ki, bu gün jurnalistika ilə QHT sahəsində də müəyyən uzlaşma və əməkdaşlıq tendensiyaları mövcuddur. Belə ki, istər QHT-lərin fəaliyyətlərinin işıqlandırılmasında, istərsə də digər bu kimi məsələlərdə biz dəyərli jurnalistlərimizi daim yanımızda görürük, dəstəklərini hiss edirik: “O cümlədən, müştərək layihələr və s. ideyalar kontekstində də biz həmin dəstəyi, qarşılıqlı münasibət amillərini görməkdəyik. Lakin burada əsas məqsəd və məram dövlətçilik maraqlarına xismət etmək, həmçinin Azərbaycanın inkişaf və tərəqqisində yaxından iştirak etmək, töhfələr verməkdən ibarətdir. Bu baxımdan, QHT sədri olaraq dəyərli jurnalistlərimizi, media adamlarımızı qarşıdan gələn Milli Mətbuat Günü münasibəti ilə təbrik edir, 145 illik yubileyiniz mübarəkdir, deyirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB