Ermənistanın Lori vilayətində tükürpədici cinayət hadisəsi baş verib. SİA Sputnik Armeniya-ya istinadən xəbər verir ki, kriminal xronikalar barədə məlumatlar yayan Shamshyan.com-a görə, oğul öz anasını qətlə yetirməklə kifayətlənməyib.
“O, anasını öldürdükdən sonra doğrayıb, parçalayıb və sonda üzərinə yanacaq tökərək yandırıb”, deyə qeyd olunur.
Erməni hüquq-mühafizə orqanlarının məlumatına görə, bir neçə gün əvvəl 58 yaşlı Kamo P. Öz anasını qətlə yetirib, sonra isə balta ilə doğrayıb və bıçaq vasitəsi ilə bədəni kiçik hissəciklərə parçalayıb. Daha sonra polietilen torbaya yığaraq zibil urnasına atıb və sonda onun üzərinə yanacaq tökməklə yandırıb.
Əvvəllər də cinayətlər törədərək həbsxana həyatı yaşayan qatil övlad saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB