Baş verənlər Ermənistana öz mənfi təsirlərini tez bir zamanda göstərəcək - ŞƏRH ÖZƏL

Baş verənlər Ermənistana öz mənfi təsirlərini tez bir zamanda göstərəcək - ŞƏRH ÖZƏL

"Tovuz istiqamətində baş verən hadisələr Azərbaycan ictimaiyyətində qığılcım təsiri göstərərək xalqın ölkəsinə, ölkə rəhbərliyinə dəstəyi kimi izdihamlı bir amildir. Bu cür hadisələr Azərbaycanda uzun müddətdir ki, yaşanmayıb. Digər tərəfdən isə Prezidentə, orduya bu cür dəstək təkcə Azərbaycanda deyil, eyni zamanda Rusiyada, Avropada, ABŞ-da qardaş Türkiyədə azərbaycanlılar erməni təxribatına qarşı birlik olaraq ayağa qalxıb və öz münasibətini açıq şəkildə nümayiş etdirib". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadlqov deyib.

Politoloqun sözlərinə görə, Ermənistan əlbəttə bunu gözləmirdi və orada baş verən hadisələr bir daha göstərir ki, ermənilər arasında qruplaşma, siyasi parçalanma gedir: "Paşinyanın siyasi rəqibləri ilə yanaşı, onun keçmiş tərəfdarları da ona qarşı kampaniyalar təşkil edir. Onun apardığı siyasətə öz narazılıqlarını bildirir ki, bu hal Ermənistanda yeni deyil. Tovuzda törədilən təxribatdan öncə də Ermənistanda daxili çəkişmələr, siyasi qarşıdurmalar mövcud idi".

F.Sadıqov vurğulayıb ki, bu hadisələrdən sonra artıq tam açıq şəkildə Paşinyanı tənqid atəşinə tutublar: "Çünki onlar yaxşı başa düşürlər ki, uduzan Paşinyan və Ermənistandır. Erməni tərəfi üçün heç bir qələbə yoxdur, heçbir müsbət nəticə əldə olunmayıb. Hətta Ermənistan bu gün öz müttəfiqlərindən heç bir dəstək ala bilməyib. Nə KTMT, nə Rusiya, nə KTMT-yə daxil olan dövlətlər tərəfindən aşkar şəkildə heç bir dəstək verilmədi. Bütün bunlar deməyə əsas verir ki, Paşinyan dalana dirənib və çıxılmaz vəziyyətdədir. Bütün bu ölkədaxili problemlər və azərbaycanlıların xaricdə fəallığı Ermənistan rəhbərliyinə böyük bir zərbə vurdu. Baş verən hadisələr və daxili qarşıdurmalar Ermənistana öz mənfi təsirlərini tez bir zamanda göstərəcək."

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə