2015-ci ildə Yer üzündə nə qədər insan olacaq?

2015-ci ildə Yer üzündə nə qədər insan olacaq?
Ekspertlərin sözlərinə görə, 2011-ci ilin 31 oktyabrında dünya əhalisinin sayı 7 milyarddan artıq olacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əsrin sonuna qədər dünya insanlarının sayı rekord həddə çatacağı, 10 milyard və daha çox olacağı proqnozlaşdırılır. Bu barədə məlumat BMT-nin 3 may hesabatında öz əksini tapıb.
Hesabatda həmçinin qeyd edilib ki, əsrin ortalarında dünya əhalisinin sayı iki il bundan qabaq proqnozlaşdırılan saydan daha artıq olacaq. Belə ki, 2015-ci ildə yer üzündə 9.31 milyard insan olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə