Roma Papası Fransısk Ermənistan və Azərbaycan arasında mövcud olan uzun müddətli problemin həllinə sülh yolu ilə nail olmağa çağırıb. SİA-nın verdiyi məlumata görə, o, son günlər baş verənlərdən narahatlığını ifadə edib.
"Mən son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsini narahatlıqla izləyirəm", - pontifik bildirib.
Papa Fransisk son döyüşlərdə ölənlərin ailələri üçün dua edəcəyini vəd verib. O, ümid etdiyini bildirib ki, beynəlxalq ictimaiyyət dialoq və tərəflərin xoş istəyi ilə münaqişənin bu sevimli xalqların xeyrinə davamlı sülh ilə həll yolunu əldə edə bilər".
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB