Putin ermənilərlə olan tarixin üstündən xətt çəkib TƏHLİL

Putin ermənilərlə olan tarixin üstündən xətt çəkib TƏHLİL

Türkiyə və Azərbaycanın həqiqi, güclü tərəfdaşlıq və ittifaq nümunəsi nümayiş etdirirlər. Bu nümunə ermənilər üçün heç də xoşagələn və ürəkaçıcı deyil, ola da bilməz. Bu ermənilər üçün nəinki, xoşagəlməzdir, hətta qardaş ölkə ilə tərəfdaşlıq, ittifaq, yaxınlıq və tarixi bağlar bütövlükdə Ermənistanın da, bütün dünya ermənilərinin də yuxularını ərşə çəkib. Ermənilər özləri belə bunu açıq şəkildə etiraf edirlər.

Ermənistana məxsus armenianreport.am saytında yayımlanan məqalədə, Azərbaycanla Türkiyə arasındakı yaxınlıq, ittifaq və tərəfdaşılığın nə qədər qıcıq doğurduğu açıq-aşkar hiss olunur və bu məqalədə qardaş ölkə ilə yaxın münasibətlərimizə ermənilər tərəfindən həsəd aparıldığı, paxıllıq edildiyi də aydın şəkildə hiss olunur və bu etiraf da edilir. Qeyd olunur ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq, tərəfdaşlıq, ittifaq ermənilər üçün xoşagəlməzdir və etiraf olunur ki, bu isti münasibətlər Ermənistan-Rusiya münasibətlərində olmayan bir şeydir.
Rusiyanın "Vzglyad" qəzetinin veb saytında Rusiya ilə Ermənistan arasındakı münaqişədə Rusiyanın kimə dəstək verməli olduğu mövzusunda sorğu keçirib və bu sorğunun nəticələri işğalçı ölkəyə məxsus sayda da açıq-aşkar yayımlanıb ki, bu da ermənilərin daha çox narahatçılığına səbəb olub. Qəzetin veb saytında qeyd olunur ki, səsvermənin nəticələrinə görə, sorğuda iştirak edənlərin yarıdan çoxu (52,2%) hesab edir ki, Rusiya hər iki tərəfi dəstəkləməməlidir və əslində Putinin də Rusiyadakı mövcud əhval-ruhiyyə haqqında bilmək istədiyi elə budur. Hətta sorğunun nəticələrinə görə, Ermənistanın özündə də Rusiyanın Azərbaycanı dəstəkləyəcəyi fikrində olanlar xeyli saydadır. Bir sorğunun bütün rusların fikrini əks etdirmədiyi düşüncəsi ilə özünüzə təsəlli verən ermənilər də var, amma onlar nəzərə almalıdırlar ki, bu sorğunu Azərbaycan keçirməyib və sorğu keçirən nəşrin 2013-cü ildən sahibi Prezident Administrasiyasının daxili siyasət şöbəsinin müdirinin keçmiş müavini Dmitri Badovskinin rəhbərlik etdiyi Sosial-İqtisadi və Siyasi Tədqiqatlar İnstitutudur. Onu da nəzərə almaq lazımdır ki, 2017-ci ildə nəşr Anton Vainonun rəhbərliyi ilə Rusiya Federasiyası Prezidentinin administrasiyası ilə əlaqəli Sosial Tədqiqatlar üzrə Ekspert İnstitutunun nəzarəti altına keçib, yəni bu nəşr Kremlin görüşlərinin xəbərçisidir və bundan sonra da belə olacaq. Eyni zamanda unutmaq lazım deyil ki, Rusiya Federasiyasının prezidenti Putin ömrünün sonuna qədər ölkəsini idarə etmək niyyətindədirsə, deməli, Kremlin nəzarətində olan sözügedən nəşrin məlumatları ilə hesablaşmaqda maraqlıdır. Bir sözlə, ermənilərin təsəlliyə də haqqı yoxdur və sorğu, ələlxüsus onun nəticələri Rusiya prezidenti üçün çox böyük əhəmiyyət kəsb edir.
Ermənistana məxsus mətbuat səhifəsi olan arnmenianreport.am çox böyük həyəcan və təşvişlə yazır ki, Rusiyaya məxsus "Vzqlyad" nəşri açıq-aşkar ruslara Azərbaycanı müdafiə etmək stereotipləri aşılayır. Bu erməni saytı təlaş içində yazır ki, Ermənistan yavaş-yavaş müttəfiqlər sırasından çıxarılır. Qeyd olunur ki, Ermənistan hələ bu vaxta qədər Rusiyanın, Putinin düşmənləri sırasına qatılmasa da, bu istiqamətdə işlər davam etdirilir və heç kim onu görməzdən gələ bilməz. Hətta Vladimir Solovyev kimi Ermənistanın zahirən dostu kimi görünənlər belə son tendensiyaları yaxşı başa düşüb və sadalananları onlar da etiraf ediblər.
İşğalçı ölkənin mətbuatı Vladimir Solovyevi rəsmi Bakının ruporuna çevrilməkdə ittiham edir. Amma, unutmaq lazım deyil ki, əvvəla Solovyev həqiqətləri etiraf edir və gör iş nə yerdədir ki, ermənilərin dost hesab etdikləri də reallıqlar qarşısında etiraf etmək məcburiyyətində qalıb. Solovyevi onlar dost hesab edirdilərsə və o da bu gün sadalananları etiraf edirsə, deməli, ermənilərin hansı durumda olduğu bəlli olur. Solovyevin Azərbaycan tərəfinin "UAZ ilə sərhədi keçməyə getmirlər" tezisini necə təkrarladığını görmək, yaxud eşitmək ermənilər üçün çox ağrıdıcı oldu və bunu mətbuat səhifələrində də etiraf edirlər. Etiraf etməklə yanaşı bildirirlər ki, "küləyin" hansı tərəfdən əsdiyini Sovolyev bildiyi üçün həmin tərəfə də meyillənir.
Ermənilər bir çox rus siyasətçisi və politoloqlarını, habelə hərbi ekspertləri də həddindən artıq hörmətsiz və iyrənc davranışlı adlandırırlar, çünki reallıqları söyləyənlərin fikirləri, əslində isə, Azərbaycanın üstünlüklərini əks etdirən etirafları, bütün reallıqları həzm edə bilməyən ermənilər üçün hörmətsizlik kimi görünür və hətta iyrənc səslənir. KTMT üzü olan ölkələrin eyni təşkilata üzv ölkəni dəstəkləməməsindən qıcıqlanan ermənilər, dəfələrlə təkrar edirlər ki, bu üzvülüyü Rusiya unutmamalıdır. Yəni, demək istəyirlər, daha doğrusu yalvarırlar ki, Rusiya gəlib Ermənistana tərəf çıxsın, Ermənistanın mövqeyinə uyğun mövqe sərgiləsin. "Biz KTMT-dən yardım, kömək istəmədik", deyən ermənilər nə əcəb indi Türkiyənin Azərbaycana müttəfiqliyini Rusiyaya nümunə göstərirlər? Ermənistan mətbuatı yazır ki, bir müttəfiqin reallıqda necə davranması nümunəsini təəssüf ki, Türkiyə bir daha göstərdi.
"Müdafiə sənayemiz, döyüş sursatlarımıza, raketlərimizə və elektron müharibə sistemlərimizə qədər bütün təcrübə, texnologiyalar və imkanlarla birlikdə həmişə Azərbaycanın ixtiyarındadır. Azərbaycan ordusuna yeni sistemlər verməklə yanaşı, mövcud sistemlərin modernləşdirilməsi, texniki xidmət və təlim üzərində birgə çalışacağıq", deyən Türkiyə Müdafiə Sənayesi Departamentinin direktorunun sözləri Ermənistanı ildırım kimi vurub və indi bu sözləri ermənilər ruslara çatdırmaq istəyirlər ki, bax müttəfiq belə olur. Əslində, çatdırmaqdan da çox bu, ruslara yalvarmaqdır ki, onlar da Türkiyənin müttəfiqliyi kimi özlərini sübut etsinlər. Amma, artıq ermənilər hamıdan yaxşı başa düşürlər ki, bu reallıqdan çox uzaqdır və bunu ən sıravi ermənidən tutmuş Paşinyanın özünə kimi hamısı çox yaxşı bilirlər.
Ermənilər bütün bu olanların Rusiyanın günahı və istəyi üzündən olduğu iddiasındadır. Necə deyərlər, öz gözlərində tiri görmədən, Rusiya prezidenti Putini günahlandırırlar. İddia edirlər ki, bu ölkənin Prezidenti Vladimir Putin fərqli bir Ermənistanı görmək istəyini də çox açıq şəkildə nümayiş etdirir. Ermənilər inqilabdan və Nikol Paşinyanın hakimiyyətə gəlməsindən Putinin narazı olması fikrindədirlər və əslində, idarəetmədən, rəhbərlikdən xəbərsiz, ağılsız və düşünülməmiş qərarlar verən, beli çantalı küçə nümayişçinin bir ölkəyə rəhbərliyindən narazılıq tam məntiqidir ki, bunu işğalçı ölkə özü də yaxşı başa düşür. Onu da yaxşı başa düşür ki, bu işğalçı ölkəyə təbii qazla bağlı sanksiyalar bundan sonra da tətbiq edilə bilər və belə qənaətdədirlər ki, Rusiya mediasında anti-erməni isteriyasına şəxsən Putin özü rəhbərlik edir.
Göründüyü kimi, Ermənistan seçin etmir, əksinə, seçimlə barışmaq məcburiyyətindədir. Artıq Ermənistan Rusiyanı əsl, sadiq müttəfiq kimi görmür bu mənada haqlıdır, çünki, etdiklərinin, xəyanətlərinin, Rusiyanın əksinə olaraq Avropa Birliyi və NATO-ya yönəlməsinin müqabilində bunu ummağa, gözləməyə belə haqqı yoxdur. Hətta indi ermənilər belə hesab edirlər ki, Putin ermənilərlə olan tarixin üstündən xətt çəkib.
Görünən odur ki, həqiqətən Rusiya prezidenti bu qədər yardımların, köməkliklərin, bu qədər dəstəyin fonunda ermənilərdən xəyanətdən başqa bir şey müşahidə etməyib. Bu müşahidələr tarix boyu da öz təsdiqini tapıb. İstər Böyük Vətən Müharibəsi illərində, istərsə də hazırki dövrdə ermənilərin əks cəbhəyə satıldığını bilməyən yoxdur. Belə bir xəyanətkar, satqın bir toplumla, onun birtəhər ortaya çıxardığı dövlətlə necə müttəfiq olmaq olar? Əgər ermənilər Türkiyə ilə Azərbaycanı Rusiyaya nümunə göstərməyə qalxıblarsa, onda Azərbaycanla Türkiyənin tarixini və sədaqətli münasibətlərini də özləri üçün nümunə görsünlər. Bilsinlər ki, Azərbaycanla türkiyə qardaş ölkədir və tarixi kökləri də eyni olan "bir millət iki dövlət"dir. Bu münasibətlər, bu qardaşlıq, bu müttəfiqlik Rusiya ilə Ermənistanın müttəfiqliyinə bənzəməz. Ermənistandan və ermənilərdən fərqli olaraq bizim müttəfiqliyimiz sədaqət və qardaşlıq üzərində qurulub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə