Metyu Brayzaya Azərbaycan bayrağı hədiyyə edilib

Metyu Brayzaya Azərbaycan bayrağı hədiyyə edilib

ABŞ Səfiri Metyu Brayza bu gün Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional ofisində olub.

SİA-nın xəbərinə görə, qonaq Mərkəzin fəaliyyəti və əməkdaşları ilə yaxından tanış olmuş, iş prinsipi ilə maraqlanıb.

Ofisin koordinatoru Tural Kərimov ABŞ səfirinə Mərkəzin bu günə qədər həyata keçirdiyi layihələr və gələcək planlar haqqında da məlumat verib. Səfir də öz növbəsində Ofisin fəaliyyətini yüksək qiymətləndirmiş və əməkdaşlara uğurlar arzu edib.

Ofisin əməkdaşları sonda Metyu Brayzaya Azərbaycan bayrağını hədiyyə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə