“Sərhəddə döyüş xaricdə yaşayan ermənilərin həyat şəraitinə də pis təsir edib” “Hraparak” qəzeti yazır
Ermənistanın kənd təsərrüfatı məhsulları azərbaycanlıların nəzarətində olan Moskva bazarlarında qəbul olunmaqdan imtina edilir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
Qəzet yazır ki, müharibə, sərhəddə döyüş, təkcə tələfat və dağıntı deyil, həm də xaricdə yaşayan ermənilərin həyat şəraitinə də pis təsir edib. Nəşrin yazdığına görə, dünən qəzetin redaksiyasına Moskvada erməni kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan ermənilər yaxınlaşıb və azərbaycanlıların nəzarətində olan həmin Moskva bazarlarında erməni kənd təsərrüfatı məhsullarının qəbulundan imtina edildiyini bildirib.
"Səfirliyimiz, idarələrimizin əməkdaşları bu faktlara ciddi yanaşmalı və vəziyyətin gərginləşməsinin qarşısını almalıdırlar", deyə qəzet qeyd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB