Pleyerin ziyanı
Bir yerə gedərkən yanımızdan əskik etmədiyimiz pleyerin əslində nə qədər ziyan olduğunu bilmirik. SİA-nın məlumatına görə, aparılan araşdırmalar MP3 radioların gənclərin böyük əksəriyyətində eşitmə orqanında mühüm problemlər yaratdığını üzə çıxarıb.
Araşdırmaya əsasən, yetkin yaşda olanların eşitmə problemləri ötən 15 illə müqayisədə xeyli artıb. Bunun əsas səbəbi yüksək səslə musiqi dinləməkdir.
12- 19 yaş arasındakı gənclər üzərində aparılan araşdırmalar hər beş gəncdən birində eşitmə problemi olduğunu aydınlaşdırıb.
Araşdırmada digər diqqət çəkən məqam problemin yetkin yaşlı qadınlara nisbətən kişilərdə çox olmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə