Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkənlərin sayında ciddi artım müşahidə olunur
Son illər Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkənlərin sayında ciddi artım müşahidə olunur. Əgər əvvəllər ürək damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb. Kişilər 40-60, qadınlar isə 50-65 yaşında artıq bu xəstəliyin qurbanına çevrilirlər. Xəzər TV-nin məlumata görə, statistik göstəricilər ürək xəstəliyindən ölənlərin sayının ilbəil artdığını və daha cavan yaş həddinə keçdiyini təsdiqləyir. Səhiyyə Nazirliyinin məlumatına görə, 2010-cu ildə ölkəmizdə ürək qan-damar xəstəliklərindən əziyyət çəkən 258 min 870 nəfər qeydiyyata alınıb. Bunlardan 15 min 806 nəfəri 0-13 yaş arası, 3780 nəfəri 14-17 yaş arası, 19 min 791 nəfəri 18-29 yaş arası, 219 min 493 nəfəri isə 30 və daha yuxarı yaşda olanlardır. Nazirliyin məlumatında 2010-cu ildə ölkəmizdə 29 min 460 nəfərin ürək-damar xəstəliklərindən dünyasını dəyişdiyi açıqlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlara görə, Azərbaycan bu sahədə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Ötən ilin əvvəlindən bəri respublikamızda ürək-damar cərrahiyyəsi bağlı 4 ilə mindən artıq əməliyyat keçirilib ki, onların 40%-i Bakının, 20%-i Sumqayıt və Gəncənin, qalanları isə digər rayon və şəhərlərin payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB