Hökümət iclasının əvvəlində baş nazir Nikol Paşinyan bu gün saat 03:40 radələrində Azərbaycan Silahlı Qüvvələrinin cavab reaksiyasından bəhs edib. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Nikol Paşinyan yenə də utanmadan hərbçilər arasında, nə də mülki əhali arasında ölən və yaralananlar yoxdur" deyib.
Halbuki, bu vaxta qədər nəinki Ermənistana məxsus mətbuat səhifələri, eləcə də Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfinin atəşi nəticəsində ölən və yaralananlar barədə dəfələrlə məlumat veriblər. Bütün bunlar Ermənistan hakimiyyətinin, özəlliklə Nikol Paşinyanın ölən və yaralananlar barədə məlumatları gizlətdiyini bir daha təsdiq edir.
Nikol Pashinyan qeyd edib ki, bazar günündən başlayaraq Azərbaycan tərəfi Movses, Ayqepar, Çinari, Nerkin Karmiraxbyur kəndlərini atəşə tutmağa başlayıb və nəticədə mülki infrastruktur, eləcə də bir sıra obyektlər zərər görüb.
"Mən artıq bir neçə gün ərzində vurulmuş ziyanı araşdırmağı və qiymətləndirmə aparmağı tapşırmışam", deyə Nikol Paşinyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB