ABŞ-ın Florida ştatında aviaqəza baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Baham adaları istiqamətində uçan "Beechcraft-18" markalı yük təyyarəsi Opa-locka hava limanı yaxınlığında tikili və avtomobillərin üzərinə çırpılıb. Baş vermiş qəza nəticəsində təyyarənin pilotu ölüb. Yerdə xəsarət alanların olmadığı bildirilir.
İlkin ehtimala görə, qəzaya təyyarədə yaranmış texniki nasazlıq səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB