“Bulanıq suda balıq tutmaq niyyətli müxalifət liderləri bu dəfə də iç üzlərini açdılar” ÖZƏL-ŞƏRH

Vəziyyətdən həmişə öz məqsədləri üçün istifadə edən, bulanıq suda balıq tutmaq kimi bir məqsədlə hadisələrdən istifadə edən müxalifət liderləri bu dəfə də öz iç üzlərini açdılar. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Partiya sədrinin sözlərinə görə, onların yəqin ki, yadına ötən əsrin 90-cı illəri düşüb və 92-ci ildə də onlar Milli Məclisə girdilər və dövlət çevrilişi etdilər.
“Onlar elə düşünürlər ki, hər dəfə Milli Məclisə girəndə dövlət çevrilişi edə biləcəklər. Lakin çox yanılırlar. Çünki indiki hakimiyyət də əvvəlki hakimiyyət deyil. İndi hakimiyyəti qoruyan qüvvələr əvvəlki qüvvələr deyil. Odur ki, onların hamısına layiqli cəza verilməlidir və onları heç cür bağışlamaq mümkün deyil”, deyə Araz Əlizadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə