Erməni nəşri: “Buradan Azərbaycan qalib kimi çıxacaq” "Aravot"

“Müttəfiq nə deməkdir? Bir sözlə, Ermənistan KTMT-na daxil olmaqla heç bir səmərə əldə etməyib. Lakin KTMT-dan çıxarsa, bizim ölkə xələl görəcək, ona görə ki, bu addım Rusiyada bütün üzə çıxan nəticələri ilə (məsələn, qaza qoyulan qiymətin artırılması) narazılıq yaradacaq”. SİA xəbər verir ki, bu barədə Ermənistanın Aravot nəşri yazır. SİTAT: “Bu, bir az ona oxşayır ki, evli cütlüklərdən biri nikahın saxlanması üçün heç bir məna görmür, lakin boşanma haqqında ərizə verərkən, qarşı tərəf qalmaqallar yaratmağa başlayır. Əgər vəziyyət məhz bu cürdürsə, mən hazırkı məqamda kağız üzərində olan alyansla razılaşmaqdan və ondan heç nə gözləmədən, başqa çıxış yolu görmürəm. Əsasən də, bizim həqiqətdə istəmədiyimiz şeyi tələb etməmək baxımından: əgər rus ordusu (bəllidir ki, KTMT-nın ordusu yoxdur) Ermənistan-Azərbaycan sərhədində dayanarsa və həmin məntəqədə “sülh” yaratmağa cəhd edərsə, hesab etmək olar ki, buradan Azərbaycan qalib kimi çıxacaq”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...