Elman Nəsirli: "Usama bin Ladenin bir çox hallarda ABŞ üçün verdiyi xeyir ziyanından çox olub" - MÖVQE
Bəzən fikirlər səslənir ki, "Əl-Qaidə" lideri Usama bin Ladenin ölümü ilə beynəlxalq münasibətlərdə köklü dəyişikliklər baş verəcək. Hesab edirəm ki, bu yanaşma düzgün deyil. Politoloq Elman Nəsirli SİA-ya açıqlamasında bildirib ki, Usama bin Laden Keniya və Tanzaniyada ABŞ səfirliklərində baş verən terror aktından sonra 1996-cı ildən ABŞ-da bir nömrəli terrorçu sayılırdı. Politoloq deyir ki, 11 sentyabr hadisələrindən sonra ABŞ üçün terrorizm təhdid mənbəyi olduğundan Usama bin Ladena qarşı mübarizə yeni nəfəs verilmiş oldu. Politoloq hesab edir ki, terrorçunun sağ qalması ABŞ-ın özünə sərf edirdi. Belə ki, məhz Usama bin Ladeninin atdığı bu və ya digər addımlar ABŞ üçün daha uzağa gedən planlarını həyata keçirmək üçün vasitəyə çevrilirdi: "Onun tutulmamasının əsas səbəblərindən biri də, nə qədər paradoksal səsələnsə də, Usama bin Ladenin bir çox hallarda verdiyi xeyir ziyanından çox olması idi. Bu daha çox Rusiya ilə münasibətdə özünü biruzə verirdi. Ona görə ki, Birləşmiş Ştatlar Rusiya ilə arasında formal olaraq dostluq münasibətləri olduğunu təqdim etsə də, əslində bunlar ən azı rəqib dövlətlərdir. ABŞ istəməz ki, Rusiya bir güclü dövlət kimi beynəlxalq arenada çıxış etsin. Deməli Rusiyanın zəifləməsində maraqlı olan ABŞ ciddi maliyyə vəsaiti əldə etməli idi. Bu missiyanı Birləşmiş Ştatların yerinə Bin Laden həyata keçirirdi. Çeçen mücahidlərini hazırlayır, düşərgələrdə təlimləri keçirir və Rusiya əleyhinə onların mübarizəsini həyata keçirirdi. Deməli xərcələyəcəyi pullar özünə qalırdı".
Poltoloq deyir ki, ABŞ-la Usama bin Ladeni birləşdirən dəyərlər də eyni olub. Eyni zamanda Birləşmiş Ştatların büdcəsi onun hesabına çoxalıb: "1990-ci illərdə belə bir layihə var idi. Xəzər dənizindəki enerji resurslarının çox böyük enerji ehtiyacına malik olan Asiya bazarına çatdırılması layihəsi. Söhbət Hindistan, Pakistan, Çindən gedirdi. Təbii ki, həmin müddətdə layihə reallaşması üçün Əfqanıstandan keçməli idi. Əfqanıstana isə Taliban və Usama bin Laden başçılıq edirdi. Milyardlarla dollar xeyir gətirən Asiya istiqamətində həmin layihənin reallaşaması üçün heç şübhəsiz ki, Bin Laden və Taliban rejiminin "hə"sini almaq lazım idi. Əgər onlar "yox" desəydilər, bu həyata keçirilə bilməzdi. Fikir verirsiniz, bu, ABŞ-a milyardlarla xeyir gətirərdi. Nəhayət ABŞ Dövlət Departamenti 1999-cu ildə terroçu dövlətlərin siyahsını hazırlamışdı. Burada birinci yerdə Liviya dururdu. Üsəma bin Laden isə özünə duşmən kimi polkovnik Qəddafini görürdü. Deməli Qəddafinin hakimiyyətdən getməsinə birbaşa Bin Laden pul xərcləyirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB