Erməni türkoloqu: “Türkiyənin bəyanatlarına ciddi yanaşmaq lazımdır” TƏLAŞ

“Ermənistan-Azərbaycan münaqişəsi fonunda Türkiyənin bəyanatlarına ciddi yanaşmaq lazımdır. Belə ki, bu, növbəti təbliğat deyil və təhlükə real ola bilər”. SİA xəbər verir ki, bu barədə lragir.am-la söhbətində erməni türkoloqu Ruben Melkonyan danışıb.

Onun sözlərinə görə, ilk əvvəl Ermənistan-Azərbaycan münaqişəsində Türkiyənin fəallığı kifayət qədər ciddidir və onu təhlil edərsək, presedentsizdir. “Sərhəddə baş verən əvvəlki hadisələrdə Türkiyə bu qədər canlı reaksiya göstərməmişdi və burada iki faktor var”, deyən Melkonyan Türkiyəni ittiham etmək məqsədi ilə əlavə edib ki, birinci faktor Türkiyənin istər bizim regionda, istərsə də daha geniş sahədə “destruktiv” siyasət yürütməsini davam etdirməsidir. İkincisi isə, antierməni siyasətidir ki, bu da illərdir bu ölkənin dövlət təməllərində mövcuddur.

Ruben Malkonyan: “Türkiyənin müdafiə naziri kifayət qədər kəskin, sərt bəyanatla çıxış etdi və kontent bənzərdir – biz istənilən vəziyyətlərdə Azərbaycanın yanındayıq”

SİTAT: “Düşünürəm ki, biz Türkiyənin fəallığına ciddi yanaşma etməliyik, ona görə ki, regionda bərabərlik mexanizmi ilə yanaşı, dünyanın siyasət vəziyyəti dəyişilib və Türkiyənin Naxçıvan maraqları, həmçinin “Artsax” (dırnaqlar bizimdir-R.R.) münaqişəsinin həllində ATƏT-in Minsk qrupuna sirayət etmək cəhdləri bu ölkənin monumentalçı ambisiyaları ilə birlikdə nəzərə alınmalıdır”.

Ruben Melkonyanın sözlərinə görə, Tavuşdakı hadisənin ilk saatlarından Türkiyə XİN bəyanatla çıxış etdi və bunun ardınca ölkə rəhbərliyinin digər nümayəndələri də bəyanatlar səsləndirdilər: “Bu yaxında Türkiyənin müdafiə naziri kifayət qədər kəskin, sərt bəyanatla çıxış etdi və kontent bənzərdir – biz istənilən vəziyyətlərdə Azərbaycanın yanındayıq. Lakin bu barədə müdafiə naziri danışırsa, bu, sülh kontenti ola bilməz, bu, sətiraltı hərbi bəyanatdır”.

“Türkiyənin hədələrini anlamaq lazımdır”

Erməni tərəfinin hansı addımlar atacağına gəlincə, türkoloq qeyd etdi ki, Türkiyə ordusu sayına görə, NATO-da ikincidir və hərbi planda o regional dövlətdir. Ona görə də, bu ölkənin mexanizmləri aydındır.

“İki mexanizm var – KTMT və hərbi qruplaşmadakı birləşmiş rus-erməni ittifaqı”, deyən Melkonyan hesab edir ki, həmin kanalı fəallaşdırmaq lazım olmaqla yanaşı, həm də anlamaq lazımdır. Ölkənin təhlükəsizliyi hər şeydən - daxili siyasi mübarizədən və siyasi orientasiyalardan üstündür: “Belə kritik vəziyyətlərdə bu, daha aydın görünür və siyasi orientirdə mayak rolunu oynamalıdır”.

Erməni türkoloqu misal gətirib və bildirib ki, Türkiyə qonşuları olan Suriyada, Liviyada və İraqda istənilən anda təsirini göstərmək gücündədir. “Türkiyənin hədələrini anlamaq lazımdır. Onlar yalnız sözlər deyil, buna görə də təhlükəsizlik mexanizmlərində müəyyənləşməyə ehtiyac var”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə