İƏT Ermənistanın sərhəd bölgəsində atəşkəs rejimini pozmasını sərt şəkildə pisləyib
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan Respublikasının Silahlı Qüvvələrinin iyulun 12-dən 13-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini iriçaplı silahlardan atəşə tutması nəticəsində hərbçilərin həlak olması və yaralanmasına səbəb olan hərəkətlərini, eləcə də sərhəd bölgəsində atəşkəs rejimini pozmasını sərt şəkildə pisləyib.
SİA İƏT-in rəsmi saytına istinadən xəbər verir ki, İƏT-in Baş Katibi Yusif bin Əhməd Əl-Osaymin erməni təcavüzü nəticəsində şəhid olan hərbçilərin ailələrinə başsağlığı ünvanlayıb və yaralılara ən qısa zamanda sağlamlıqlarına qovuşmağı diləyib.
Baş Katiblik İƏT-in və BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə və qərarlarına istinad edir, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həllinin tərəfdarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    


 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP
 RUB
 RUB