Vüqar Səfərli: "Bu ayın sonuna qədər jurnalistlər üçün tikilən binanın təməlqoyma mərasimi keçiriləcək"
Jurnalistlər üçün nəzərdə tutulan binanın tikintisinə lazım olan vəsait fondun hesabına keçirilib. SİA-nın məlumatına görə, bu sözləri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlərə açıqlamasında deyib.
Binanın smeta sənədlərinin Fövqəladə Hallar Nazirliyinə təqdim edildiyini bildirən V.Səfərli qeyd edib ki, layihə ekspertizadan keçməsini gözləyir. Tikiləcək binanın 2 bloklu, 18 mərtəbəli olacağının dəqiqləşdiyini deyən KİVDF-nin icraçı direktoru bu ayın sonuna qədər həmin binanın təməlqoyma mərasiminin də keçiriləcəyini dilə gətirib.
KİVDF-nin icraçı direktoru jurnalistlər üçün tikiləcək binanın 2 ildən tez istifadəyə verilməyəcəyini dilə gətirib. Binanın tikintisinin yekunlaşmasına bir neçə ay qalmış müraciətlərin qəbuluna başlayacaqlarını deyən V.Səfərli hər bir jurnalist fərdi şəkildə ev almaq üçün müraciət edə biləcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB