Hakim qadın soyundu
Kişilər arasında Braziliya çempionatının oyunlarını idarə etmiş braziliyalı qadın futbol hakimi Ana Paula Oliveyra "Playboy" jurnalı üçün soyunub. SİA-nın xəbərinə görə, 29 yaşlı qadın Braziliya Kuboku uğrunda keçirilən yarımfinal oyunu zamanı iki topu hesaba almadığı üçün 3 aylığa hakimlikdən kənarlaşdırılıb.
Bundan özünü itirməyən Paula jurnalda çılpaq şəkillər çəkdirmək qərarına gəlib.
Şəkillərə görə qadın Braziliya Futbol Federasiyası tərəfindən cəzalandırılmasa da oyunçular bildiriblər ki, bu addım Paulanın mövqeyini ciddi şəkildə zəiflədəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə