Azərbaycan regionda həm siyasi, həm iqtisdi baxımdan nüfuz sahibidir - MÖVQE ÖZƏL

"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan strategiya prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bu uğur nədən ibarətdir? Prezidet İlham Əliyevin siyasi qətiyyəti, bütövlükdə dünyada gedən proseslərin Azərbaycanın yeri və mövqeyi çox düzgün qiymətləndirildi. Eyni zamanda Azərbaycan özünü həm siyasi, həm iqtisadi cəhətdən qlobal sferaya transfer edə bildi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Qafqaz regionunda yerləşən ölkəmiz artıq regionun özü üçün önəmli bir mərkəzə çevrilib: "Enerji təhlükəsizliyi baxımından Azərbaycan burada iştirak edir. Azərbaycan bir çox beynəlxalq tədbirlərin təşəbbüskarı olub. Bütün bunlar nəticəsində ölkəmiz dünyada siyasi və iqtisadi nüfuz qazanıb. Siyasi nüfuzunun bir göstəricisi də 153 dövlətin səsverməsi ilə BMT-nin qeyri-daimi üzvü olmasıdır. Bununla yanaşı prezident İlham Əliyevin apardığı çox önəmli iqtisadi islahatlar, kadr islahatları, struktur islahatları, innovativ tədbirlər, demokratik prinsiplərə söykənən idarəetmə prinsipləri ümumilikdə bütün bunlar Azərbaycanın nüfuzunun göstəricisidir və eyni zamanda ölkə iqtisadiyyatının inkişafını təminatıdır".

A.Hüseynov qeyd edib ki, Azərbaycan iqtisadiyyatı son 16 ildə 3,3 dəfə artıb: "Azərbaycan inkişaf tempinə görə ən inkişaf etmiş 10 ölkə sırasına daxil oldu. Davos iqtisadi formu Azərbaycandakı inkişafı bütövlükdə 25-ci yerdə qərarlaşmasını öz hesabatında göstərib. Bütün bunlar hər biri göstərir ki, doğrudan da Azərbaycan iqtisadiyyatı inkişaf edir. Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizi Azərbaycana məxsusdur. Azərbaycanın həyata keçirdiyi çox böyük qlobal layihələr- TANAP, TAP. Bakı-Tibilisi-Qars layihələri və digər böyük layihələr onu göstərir ki, Azərbaycan regionda həm siyasi, həm iqtisdi baxımdan nüfuz sahibidir. Bu da təsadüfi deyil".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...