"Bu hadisə Azərbaycanın xarici siyasətinin parlaq səhifələrindən biridir" Cavanşir Yusubov

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünün dünyanın 130 ölkəsi tərəfindən dəstəklənməsi dövlətimizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov deyib.

C.Yusubov bildirib ki, bu hadisə Azərbaycanın xarici siyasətinin parlaq səhifələrindən birini təşkil edir. Bu baxımdan, cənab Prezidentin beynəlxalq müstəvidə yüksək səviyyədə qəbul olunması böyük əhəmiyyət kəsb edir.
"Hazırda dünya ölkələri koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunublar. Çünki hər bir ölkə bu problemdən ciddi şəkildə əziyyət çəkir. Belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi dünya ölkələrinin COVID-19 infeksiyasına qarşı mübarizədə həmrəylik və birlik göstərməsinə şərait yaradacaq", - deyə o qeyd edib. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...