Vaaqn Çaxalyan: "Diksrinimasiyaya son qoyulsun" ETİRAZ+FOTO

“Biz buraya Ermənistan prezidentinə məktub verməyə gətirmişik ki, Lansarote Konvensiyasının qəbuluna görə utansın”. SİA panorama.am-a istinadən xəbər verir ki, bunu ölkənin müxalifətyönlü “Kamk” (“İradə”) ictimai təşəbbüs təşkilatının rəhbəri Vaaqn Çaxalyan “Diskriminasiyaya yox” şüarı ilə Baqramyan prospektində keçirdiyi aksiyasında bildirib.

Onun sözlərinə görə, hakimiyyət bu vasitə ilə məktəblərdən “Ermənistan kilsəsinin tarixi” dərsliyinin çıxarmağa çalışır və eyni zamanda “Erməni dili”, “Erməni xalqının tarixi” dərsliklərinin də təsirini azaltmağa cəhd göstərir.

“Onlar hər vəchlə çalışırlar ki, etiraz edənlər mitinq keçirmək hüquqlarından da məhrum olunsunlar. Bu gün yalnız Paşinyanın dəstək göstərdiyi adamlara aksiyalar keçirmək imkanı yaradılıb . Biz Ermənistan respublikası hakimiyyətinin onlara sərf etməyən siyasi güclərə diskrinimasiya siyasəti yürütməsinə qarşı çıxış edirik”, Çaxalyan bildirib.

Qeyd edək ki, Vaaqn Çaxalyan öz fikrini tamamlaya bilməyib və polisər onu, həmçinin Sona Aqekyanı və daha bir neçə təşkilat üzvlərini saxlayaraq, ölkə prezidentinə məktub vermək cəhdlərinin qarşısını aşırı güc tətbiq etmək yolu ilə alıblar.

Xatırladaq ki, adıçəkilən təşkilat Paşinyan rejiminin LGBT və cinsi azlıqlara "yaşıl işıq" yandırması marağında olduğunu iddia edir, eyni zamanda kilsəyə qarşı siyasət yürütdüyünü iddia edir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...