"Azərbaycan mətbuatı maarifçilik missiyası üzərində bərqərar olub" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan mətbuatı maarifçilik missiyası üzərində bərqərar olub. Azərbaycanda yeni nəsil ziyalıların yetişməsində milli mətbuatımızın özünəməxsus rolu var. Azərbaycan mətbuatı 20-ci əsrin əvvəllərindən başlayaraq, ölkədə inqilabi fikrin formalaşmasında, Azərbaycanın öz müstəqilliyinə qovuşmasında yaxından iştirak edib". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

JAM sədri bildirib ki, müasir Azərbaycan mətbuatı tarixi ənənələri davam etdirmək əzmindədir: “Bəzən biz mətbuatımızın yaradıcı missiyasından uzaq düşdüyünü düşünürük. Amma pandeniya ilə mübarizə göstərdi ki, milli mətbuatımız yenə də maarifləndirir, insanların yoluna işıq tutur. O cümlədən, Azərbaycana təcavüzü edən Ermənistanın beynəlxalq arenada ifşası prosesində də mətbuat yaxından iştirak edir. Həmçinin Azərbaycan mətbuatı vətəndaş cəmiyyəti quruculuğu prosesində iştirak edir, ölkədə milli birliyə, həmrəyliyə nail olmaq üçün fəal təbliğat kampaniyası aparır. Azərbaycanda fəaliyyət göstərən aparıcı mətbuat orqanlarının böyük əksəriyyəti dövlətçiliyin və milli maraqların yorulmaz təbliğatçısıdır. Azərbaycan mətbuatının fəaliyyətini bu kontekstdən dəyərləndirəndə, fərəh hissi keçirməyə haqqımız çatır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...