Millət vəkili: “Yaponiyada baş verən hadisələr Ermənistan üçün ibrət dərsi olmalıdır”- AÇIQLAMA
Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasında yarana vəziyyət ilk növbədə Ermənistan üçün təhlükəlidir. Ona görə də Ermənistan bu stansiyanın bağlanması ilə bağlı etiraz edə bilməz". Bu sözləri millət vəkili Fəzail İbrahimli SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, bu məsələ Dağlıq Qarabağ məsələsi deyil ki, Ermənistan "mənimdir" deyib dünya ictimaiyyətinə əhəmiyyət verməsin. Millət vəkili vurğulayıb ki, əgər sözügedən Atom Elektrik Stansiyası region üçün təhlükəlidirsə, o zaman Ermənistan bu məsələdə öz istəyini bildirə bilməz.
"Güman edirəm ki, Yaponiyada baş verən hadisələr Ermənistan üçün ibrət dərsi olmalıdır. O ki qaldı Ermənistanın yeni elektrik stansiyalar tikməsi ilə bağlı səsləndirdiyi fikirlərə, əgər onların maddi imkanı yetərsə və ya əməkdaşlıq etdiyi ölkələrdən maddi yardım alarsa, o zaman Ermənistan yeni atom elektrik stansiyalarının tikilməsi ilə bağlı məsələdən çəkinməyərək yerinə yetirə bilər. Lakin bunun qarşısının alınması vacibdir. Bu məsələyə cavabdeh olan şəxslər, təşkilatlar bununla məşğul olmalıdırlar. Hər hansı bir xalqın və ya dövlətin böyük, kiçik olmasından asılı olmayaraq, region, insanlıq üçün təhlükə yaratdığı addımlarının qarşısı alınmalıdır. Bu məsələ ilə bağlı kifayət qədər lazımi addımlar atılmalıdır"- deyə millət vəkili qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB