Fransalı ekspert: “Fransa Dağlıq Qarabağda sülhməramlı qüvvələrinin yerləşdirilməsini istisna etmir”
Fransa Dağlıq Qarabağda sülhməramlı qüvvələrinin yerləşdirilməsini istisna etmir. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya və digər postsovet ölkələr üzrə ekspert Arnaud Dubyen deyib.
Fransa və ya Avropa Birliyinin Dağlıq Qarabağ probleminə mümkün hərbi müdaxiləsinə gəlincə, ekspert bütün münaqişələrdə fərqli bir vəziyyətin olduğunu deyib: "Liviya, Fil Dişi Sahilindəki vəziyyət Kosovadakı vəziyyətdən fərqlidir. Dağlıq Qarabağdakı vəziyyət isə hər üçündən fərqlidir. Liviya və Fil Dişi Sahili əməliyyatları ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarları var idi, bu Kosova əməliyyatında yox idi. İlk olaraq deyə bilərik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu məşğul olur, ikincisi Qarabağda müharibə yoxdur. Fransa təbii ki, Qarabağa sülhməramlı qüvvələrini yerləşdirməsini istisna etmir. Lakin bu başqa bir məzmunda, fərqli bir şəkildə ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB