Dövlət Gənc Tamaşaçılar Teatrında 2011-ci ilin “Yaxşıların yaxşısı” mükafatının təqdimetmə mərasimi keçirilib - FOTO
Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında müxtəlif sahələr üzrə 2011-ci ilin "Yaxşıların yaxşısı" mükafatının təqdimetmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, mükafat "Həftə içi" qəzeti tərəfindən təsis olunub. İlk olaraq gənc rəqqasın ifasında rəqs nömrəsi təqdim olunub.
Daha sonra səhnəyə çıxan layihənin rəhbəri Nahid Naiboğlu və "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova mükafatın yaranma tarixindən danışıb, ilk nominasiya sahibinin məhz xalq artisti İlhamə Quliyevaya "Primadonna" titulunun verildiyi kimi yadda qaldığını diqqətə çatdırblar: "Bu mükafat artıq 13 ildir ki, öz sahiblərinə təqdim olunur. Bugünkü tədbirimizdə 52 nominasiya üzrə mükafatlanma olacaq".
İlk mükafat Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova verilib. O çıxışında bildirib ki, bu tədbirin məhz ulu öndər Heydər Əliyevin doğum gününə təsadüf etməsi mühüm hadisədir. Ümummilli liderin yaratmış olduğu dövlət hər zaman yaşayacaq. Azərbaycan cəmiyyətində yaxşıların yaxşısını seçmək yüksək göstəricidir. Ə.Həsənov "Yaxşıların yaxşısı" nominasiyasının təsisçilərinə təşəkkürünü bildirib və mükafatçıları təbrik edib.
Daha sonra uğurlu iş fəaliyyətinə görə ekologiya və təbii sərvərvətlər naziri Hüseyn Bağırova mükafat verilib. Mükafata görə minnətdarlığını dilə gətirən nazir, "Bütün sahələrdə olduğu kimi ekologiya sahəsində də bir sıra vacib tədbirlər həyata keçirilir. Prezidentin çağırışı ilə ətraf mühitin qorunmas işi layiqincə yerinə yetirilir" deyib.
Zaman yeganə resursdur ki, onu bərpa etmək mümkün deyil deyən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "mətbuatın dosti" mükafatına görə təşkilatçılara minnətdarlığını bildirib.
Tədbirin davamında "Səs" qəzeti fəaliyyəti dövründə dolğun və düzgün xəbərləri çatdırdığına görə "Yaxşıların yaxşısı" mükafatına layiq görülüb. "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışında vurğulayıb ki, mükafatın məhz ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümündə verilməsi heç də təsadüfi deyil: "Ümimmilli liderimiz hər zaman mətbuata diqqət və qayğı göstərib. Bu tədbirlərin də həyata keçirilməsi Heydər Əliyevə olan məhəbbətdən irəli gəlir. Bir daha rəhbərlik etdiyim qəzetə bu mükafatın verilməsinə görə, təşkilatçılara öz təşəkkürümü bildirirəm".
Məlumat üçün bildirək ki, mükafat alanların sırasında Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova, millət vəkili Azay Quliyev, "Eurovision-2010"-da Azərbaycana 5-ci yer qazandıran Səfurə Əlizadə, xalq artisti İlhamə Quliyeva və başqaları olub.
Qeyd edək ki, tədbir müğənnilərin maraqlı ifası ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB