Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskiyə təbrik məktubu ünvanlayıb. SİA-nın xəbərinə görə, təbrik məktubunda bildirilir: "Hörmətli cənab Prezident, Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün Polşa xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-Polşa əlaqələri dostluq və əməkdaşlıq zəminində müvəffəqiyyətlə inkişaf etməkdədir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, iş birliyimizin dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram", -
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB