PA-nın şöbə müdiri ASRP sədrinin birinci müavinini qəbul edib

Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyulun 3-də Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımovanı qəbul edib. SİA partiya sədrindən aldığı məlumatlara istinadən xəbər verir ki, Əsli Kazımova ilə keçirilən görüşdə koronavirus pandemiyası dönəmində siyasi partiyaların fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Məlumatda qeyd olunur ki, görüş zamanı, hakimiyyət və siyasi müxalifət təmsilçiləri arasında görüşlərin davamlı olmasının vacibliyini bildirən, Əsli Kazımova Azərbaycan Sosial Rifah Partiyasının qarşıdan gələn qurultaya hazırlıq işləri ilə bağlı məlumat verib.
Görüşdə, həmçinin, ölkədaxili siyasi münasibətlər, Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın əldə etdiyi beynəlxalq siyasi reytinqi və pandemiya dönəmində görülən tədbirlər proqramında siyasi partiyaların rolu haqda danışmaqla yanaşı, ölkədə gerçək siyasi dialoq mühitinin davam etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...