“Bu bəladan qorunmağın yolu özümüzə məsuliyyətli yanaşmaqdır” ÖZƏL-MÜNASİBƏT

İlk başlanğıcı Çinin Uhan əyalətindən başlayan, Azərbaycanda mart ayından karantin elan edilməsinə səbəb olan koranavirus pandemiyası dünyanı öz cənginə alıb. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova deyib.

Təşkilatın sədri xatırladıb ki, Koranavirusun nömrəsini elan edərək sərt karantin rejimini yumşaldan bir çox ölkələr virusun ikinci dalğasını yaşayır.

“Azərbaycanda xəstə sayı 100-lərdən aşağı göstəricilər olduğu halda, sərt karantin rejimi yumşaldıqdan sonra xəstə sayı 500-lərə çatdı. Düşünürəm ki, bu artım vətəndaşlarımızın bu problemə etinadsız yanaşmalarından irəli gəldi. Bu bəladan qorumağın bir yolu var, o da ki, özümüzə məsuliyyətli yanaşmaqdır. Gigiyenik qaydalara riayət etməliyik. Bu dövrdə mütləq və mütləq maskalardan istifadə etmək lazımdır. Yəni bilirsiniz, doğurdan da biz bilirik ki, bu müvəqqətidir, lakin buna etiraz edirik. Bəs axı elə insanlar var ki, bu maska ilə ömürlük yaşamaq məcburiyyətindədirlər və onlar heç şikayət etmirlər. Biz bilirik ki, bu epidemiya bizlə ömürlük qalmayacaq. Müəyyən zaman lazımdır ki, bu virus əleyhinə peyvənd tapılsın. Bu müddətdə də virusun daha çox can almaması birbaşa bizim məsuliyyətimizdən asılıdır. Xəbərlərdə oxudum ki, 2 gündə 2 nəfər evdə müalicə alan koranavirus xəstəsi marketlərdə gəzirlər. Doğurdan da bir vətəndaş kimi dəhşətə gəlirəm ki, yəni bunu etmək üçün nə qədər məsuliyyətsiz olmaq lazımdır? Bilirsən ki, xəstəsən və bu xəstəliyi yaya bilərsən və rahat marketdə gəzirsən. Yenə də deyirəm, bəli, çətin döndəmdir, lakin bu vəziyyətdən bu gün üçün çıxışın yalnız bir yolu var, şəxsi gigiyenaya fikr vermək, immun sistemin güclənməsi üçün düzgün qidalanmaq, maskadan istifadə etmək. İnşallah bu xəstəlik tezliklə Azərbaycanın və bütün bəşəriyyətin üzərindən gedər”, deyə Ruhiyyə Aslanova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...