Nyu-Yorkun Faviana moda evinin dizaynerləri Kembric hersoginiyası Keyt Midltonun Böyük Britaniya şahzadəsi Uilyamla toyunda geyindiyi paltarın eskizini hazırlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, paltar klassik toy paltarlarını dəbə salacaq. Belə ki, Keytin uzunqol gəlinlik geyməsi ümumilikdə uzunqol, krujevalı, sadə eleqant klassik stilli paltarları gündəmə gətirəcək. Paltarın son versiyası yaxın günlərdə hazır olduqdan sonra istehsal üçün Çinə göndəriləcək.
Paltarın 1500-2000 dollar civarında olacağı nəzərdə tutulur.
Qeyd edək ki, Faviana moda evi Oskar kimi mərasimlərdə geyilən paltarların oxşarının tikilməsi və onların əsl qiymətindən qat-qat ucuz satışı ilə məşğul olur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB