“Azərbaycanla Ermənistanı müqaisə etmək qətiyyən doğru deyil” ÖZƏL-MÜNASİBƏT

"Radikal müxalifət sön dövrlər, tamam çaşıb və bu birinci növbədə onunla bağlıdır ki, xalq hər nə gözləyirsə iqtidardan gözlədi və iqtidar da bu gözləntiləri yerinə yetirdikcə onların sosial bazası dağıldı. İkinci bir cəhət isə ondan ibarətdir ki, xəstəliyin, pandemiyanın yayılması dövründə bunlar çox sevindilər ki, yenə Azərbaycanda nə isə pisliklər olacaq, dövlət bundan zəifləyəcək, bunlar da vəziyyətdən istifadə edəcəklər. Amma Azərbaycan dövləti öz vətəndaşlarını əziyyətdə buraxmadı, 3 milyard manatdan artıq pul ayrıldı, hələ də davam etdirilir, heç bir sosial proqram kəsilmədi. Azərbaycan hökuməti əlindən gələni edir ki, vətəndaşları əziyyət çəkməsin. Vətəndaşların da çox böyük hissəsi bunu anlayışlı qarşılayır və belə olan vəziyyətdə əlbəttə ki, radikal müxalifət çox cığal bir vəziyyətə düşür." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Partiya sədri vurğulayıb ki, radikal müxalifət əslində, vaxtilə özlərinin hakimiyyət böhranı nəticəsində xilaskar kimi dəvət etdiyi Ümummilli Öndərə qarşı süni müxalifətçilik yaradanlar, onların qalıqları, rüdumentləridir və bunlar xilaskar kimi dəvət etdiyi hakimiyyətlə əl-ələ verib işləmək əvəzinə, bu hakimiyyətə qarşı müxalifətçilik sərgiləyirlər.
"Radikal müxalifət lap elə "Milli Şura"nın simasındakılar kimlərdən ibarətdir? Bunlar ancaq hakimiyyətdən qovulmuş adamlardan ibarətdir. Hər biri hakimiyyətin içərisində olublar, parlamentdə deputat olublar, hər biri deyək ki, kitablar yazıblar, bu hakimiyyət üçün yaxşı sözlər deyiblər, amma vəzifədən çıxan kimi hamısı olub radikal müxalifət. Başqa bir məsələ də ondan ibarətdir ki, bu radikal müxalifət nəinki sosial bazasını itirib, həm də sıraları da çox seyrəlib. Siz bilirsiz ki, bunlar milli mentalitetimizə uyğun olmayan dəyərsizlikləri dəyər kimi qiymətləndirəndə bəziləri dözməyib "Milli Şura"nı da tərk elədi. Ona görə də hədsiz azlıqda qalıblar, çox zəif bir vəziyyətdədirlər. İndi fürsət, bəhanə axtarırlar ki, ay neft qiymətdən düşüb və buna da sevinirlər. Bunlar Azərbaycanda nə çətinlik olursa ona sevinirlər. Doğrudan da baxanda, görünür ki, bunlar həmin adamlardır ki, heç bir əqidədən danışmağa haqları yoxdur. Rüstəm İbrahimbəyoc kimi adamı hamı bilirdi ki, bu Rusiyanın Milyonerlər İttifaqının üzvüdür və o zaman da bundan vasitə kimi istifadə edib hakimiyyətə gəlmək fikirləri vardı. Məsələ ortadadır ki, bunların davası nə ideoloji davadır, nə əqidə davasıdır. Bunlar sadəcə olaraq hakimiyyətə gəlmək şansıarının sıfıra bərabər olduğunu bilib ancaq pislik arzulayırlar və qisasçılıq mövqeyində dayanırlar.
Axı Azərbaycanla Ermənistanı necə müqaisə eləmək olar? Əvvəla, Cənab Prezidentin dedikləri necə bu hakimiyyətə aid ola bilər? Cənab Prezident qeyd edir ki, orada inqlabi diktatura qurulub. Cənab prezident seçki nəticəsində seçilib, halbuki, Nikol Paşinyan küçədən, çöldən belində çanta gəlib oturub hakimiyyətdə. Bundan başqa Azərbaycanın iqtisadi gücünü, ordu gücünü, təmərgüzləşmə imlanlarını, əhali potensialını və digər məsələləri müqaisə edəndə Ermənistan heç cür bura uyğun gəlmir. Ona görə də Azərbaycanla Ermənistanı müqaisə etmək qətiyyən doğru deyil. Cənab Prezident qeyd edir ki, Paşinyan gələndən sonra əvvəlki hakimiyyətdə təmsil olunanların hamısını məhdudlaşdırdı, həbs elədi, həbsxanalara saldı, əllərindən var-yoxlarını aldılar, fond yaradıblar ki, hamısını da o fonda köçürürlər, oradan da mənimsəyirlər. Yəni, guya demokrtiya şuarı ilə gələn Paşinyan özü diktatora çevrilib, aliqarxla hətta qohum olur. Belə olan təqdirdə demokratiya ab-havasından danışması absurd səslənir. Cənab Prezident özü də qeyd edir, hamı da bilir ki, bu Paşinyan və onun komandası hansı fondlarda, Qərbin hansı fondlarında çalışır. Əlbəttə, biz bilirik ki, bu Soros fondu və başqalarıdır. Azərbaycan hakimiyyətində isə heç kim haqqında bu sözləri demək mümkün deyil. Bilirsiz, Cənab Prezidentin çıxışını sanki, mikroskop altında təhlil edirlər, nə isə səhv axtarırlar və orada da özlərini daha çox batırırlar, çünki, məsələyə birtərəfli yanaşırlar. Yenə də qeyd edirəm ki, Azərbaycan xalqının yenə də umduğu Azərbaycan hakimiyyətidir. Çünki, Azərbaycan hakimiyyəti Ulu Öndər Heydər Əliyevin "Əsrin müqaviləsi" və digər böyük işləri nəticəsində kifayət qədər imkanlara malikdir. Pandemiya dövründə də bu hakimiyyət yaxşı işlər görə bilir, əhalinin qayğısına qala bilir, həkim kontingenti var, xəstəxanalar, çarpayılar kifayət qədərdir, dərman vasitələri, qabaqlayıcı tədbirlər hamısı göz qabağındadır. Ona görə də müxalifət çox çığal bir vəziyyətə düşür. İnandırım sizi, Azərbaycanda baş verən hadisə 100 faiz başqa cür olsaydı digər tərəfdən də hakimiyyəti təqsirləndirərdi radikal müxalifət.
Əslində, radikallar özləri də gözdən düşüblər və özləri də öz danışıqlarına inanmırlar. Əvvəllər onların müəyyən sayda da olsa seyrçiləri var idisə, indi bu da dəfələrlə azalıb. Onları seyr edən, baxış kontingenti yüzdən, maksimum mindən artığa gedib çıxmır nə qədər özlərini təmsilçi kimi aparsalar belə. Bunların gücdən tamamilə düşmələri Qərbdən qrant almalarını da azaıdıb. Çünki, belə zəif, gücsüz bir müxalifətə də pul verilişi azalıb. Ona görə də bunlar əzab çəkir, çan çəkişirlər. Belə olan təqdirdə əlbəttə iqtidara bunlar böhtanlar atırlar. Güman edirəm ki, xalqımız bunu başa düşür, dərk edir ki, bütün dövlətlərdə çətinliklər var və şübhəsiz Azərbaycanda da müəyyən çətinliklər var. Xüsusən, pandemiyaya qarşı mübarizə aparılır. Bu, gizlin deyil ki, iqtisadiyyatımıza da, həyatın bütün sahələrinə də təsir edir. Bütün dövlətlərdə də belədir, ancaq yenə də Cənab Prezidentin islahaçtı komandası bunun öhdəsindən gəlir. Biz onun başladığı islahatlar sayəsində hər cür işlərin yerinə yetirildiyinin şahidiyik və inanıram ki, Azərbaycan xalqı da bunu görür, dərk edir", deyə Tahir Kərimli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə