Kompüter və texnologiya nəhəngi "Apple" ilə əlaqədar maraqlı iddia irəli sürülüb. SİA-nın "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, kompüter və texnologiya nəhəngi "Apple"nin "iPad" və "iPhone" cihazlarını istehsal edən Çindəki fabriklərində yarım milyona yaxın çinli işçinin insanlıqdan kənar çox pis şərtlərlə işlədildiyi və artan intiharların qarşısını almaq üçün "intihar etməyəcəyəm" yazılmış öhdəlik götürdüyü məlum olub.
Qəzetin xəbərinə görə, "Apple"nin məhsullarını istehsal edən "Foxconn" şirkətinin Çinin Şenzen və Çengdu bölgələrində iki nəhəng fabriki var. Bu fabriklərdəki işçilərin bir saatına bir dollar verilir. Keçən il bu fabriklərdə ağır iş şərtlərinə dözə bilməyən bir çox işçinin intihar etməsindən sonra şirkət işçilərdən "intihar etməyəcəm və fiziki sağlamlığıma yaxşı baxacağam. Canım mənim xəzinəmdir" yazılmış öhdəlik götürüb. Qeyri-hökumət təşkilatlarının apardığı araşdırmalara görə, hər il milyonlarla "iPad" və "iPhone" istehsal edən fabriklərdə rekord səviyyəyə çatan tələbi ödəmək üçün gecə-gündüz işləyirlər. İşçilərə 15 gündə bir icazə verilir.
Qeyd edək ki, "Apple" 2013-cü ilin sonuna qədər 100 milyon "iPad" istehsal etməyi hədəfləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB