Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə namizədliyindən geri çəkilib. SİA-nın xəbərinə görə, bu barədə qərar bəlli olunmayan səbəblərə görə verilib. Erməni mətbuatı bu halın növbəti dəfə beynəlxalq təşkilatlarda Ermənistanın Azərbaycan qarşısında növbəti məğlubiyyəti kimi dəyərləndirib.
Qeyd edək ki, Seçkilər BMT-nin Baş Məclisinin 66-cı sessiyası çərçivəsində cari ilin oktyabrında keçiriləcək. Eyni zamanda Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürüb. Ölkəmizin namizədliyi ilə bağlı təbliğat kampaniyasının genişləndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən Azərbaycanın xarici siyasəti, mədəniyyəti, beynəlxalq münasibətlərdə rolu və s. barədə məlumatları əks etdirən broşürlərin hazırlanması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB