Azərbaycanda xarici şirkətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxsləri korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb oluna bilər
Xarici şirkətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxsləri Azərbaycanda korrupsiya hüquqpozmalarının subyektlərinin dairəsinə daxil ediləcək. SİA-nın trend.az-a istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarındakı mənbə bu barədə Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin təklif olunduğunu bildirib.
Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü, millət vəkili Bəxtiyar Əliyev söyləyib ki, Azərbaycanın tərəfdar çıxdığı BMT-nin korrupsiyaya qarşı konvensiyasında, Avropa Şurasının cinayət və mülki məsuliyyət haqqında konvensiyalarında beynəlxalq təşkilatların və xarici şirkətlərin maddi-məsul şəxsləri korrupsiya hüquqpozmalarının subyekti hesab olunur.
Millət vəkili qeyd edib ki, Azərbaycanın cinayət və inzibati qanunvericiliyinin beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması istiqamətində işçi qrupu tərəfindən iş aparılır, bu məqsədlə qanunvericiliyə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanıb və Milli Məclisə təqdim olunub. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda korrupsiya hüquqpozmalarının subyektlərinin dairəsi göstərilib.
trend.azBütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB