Mayın 9-u və 30-u qeyri-iş günüdür

Mayın 9-u və 30-u qeyri-iş günüdür
May ayında Azərbaycanda bayramlarla əlaqədar 2 gün - mayın 9-u və 30-u qeyri-iş günüdür. SİA APA-ya istinadən xəbər verir ki, mayın 9-u Faşizm üzərində Qələbə Günü Azərbaycanda qeyd olunacaq. Mayın 9-u həftənin bazar ertəsinə düşür və həmin gün qeyri-iş günü hesab olunur.

Mayın 28-i isə həftənin şənbə gününə düşdüyündən Əmək Məcəlləsinə əsasən (bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur), növbəti həftənin bazar ertəsi günü – mayın 30-u qeyri-iş günü sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə