Avropa Birliyi Suriya xalqına arxasını dönməyəcək. SİA xəbər verir ki, bu sözləri Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə yüksək rütbəli təmsilçisi Cozef Borrel deyib.
O bildirib ki, Suriyada törədilən kütləvi cinayətlər cəzasız qalmamalıdır. Suriya müharibəsinin artıq 10-cu ilinə qədəm qoyduğunu vurğulayan Borrel əlavə edib ki, insanlar müharibə bu insanlar üçün böyük ağrılara səbəb olub və Suriya xalqı hələ də qorxu içərisində yaşayır.
Suriyanın Avropa İttifaqı ilə qonşu ölkə mövqeyində olduğunu qeyd edən Cozef Borrel Suriyada sabitliyin bərqərrar olunmasının Aİ üçün vacib məsələlərdən biri olduğunu deyib. Onun sözlərinə görə, Avropa İttifaqı həm Suriyaya, həm də suriyalı miqrantlara qapı açan ölkələrə dəstəyini davam etdirəcək.
"Türkiyə, İordaniya, Livan kimi ölkələr suriyalı miqrantlara qapılarını açaraq, onlara sığınacaq verərək əlamətdar həmrəylik göstərdi" - deyə, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə təmsilçisi Cozef Borrel əlavə edib.
O vurğulayıb ki, lakin bütün bunlar Suriya xalqının əzablarına son qoymağa kifayət etmir: "Suriyaya daha çox humanitar yardımlar edilir. Lakin, bu kifayət etmir. Daha çox siyasi yolla məsələnin həllinə çalışmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB