“Prezident Azərbaycan ordusunu elə həddə gətirib çatdırmaq istəyir ki...” ÖZƏL-MÜNASİBƏT
Azərbaycan ordusuna münasibət, yəni Azərbaycan Prezidentinin Azərbaycan ordusuna münasibəti konseptual, strateji münasibətdir. Bu sözləri SİA-ya verdiyi açıqlamada Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, bizim üçün indi təhlükə Ermənistanla, torpaqlarımızın işğalı ilə bağlıdır, amma bu o demək deyil ki, bizim üçün başqa təhlükə yoxdur və ya başqa təhlükə olmayacaq.
“Biz çox mürəkkəb coğrafiyada, mürəkkəb regionda yerləşmişik. Bizim üçün həmişə təhlükə olacaq və mən yenə də deyirəm, erməni təhlükəsi onlar içərisində kiçik təhlükədir. Mən nəyə görə deyirəm, Azərbaycan Prezidentinin Azərbaycan ordusuna yanaşması konseptualdır, stratejidir, ona görə ki, Azərbaycan prezidenti Azərbaycan ordusunu elə həddə gətirib çatdırmaq istəyir ki, bəzi xam, nadan, kimlərsə bizim qonşuluqda, orda-burda olanların ağlından nələrsə keçə bildikdə, buna ordu hazırlıqlı olsun. Qeyd etdiyim kimi, Azərbaycan vacib regionda yerləşirsə, burdan tranzit ölkə kimi bir çox qüvvələr keçir gedir. Məhz bu baxımdan Azərbaycan Prezidenti Azərbaycan ordusunu gücləndirib o həddə gətirib çatdırmaq istəyir ki, əksər bizi istəməyənlərin Azərbaycanla bağlı bədxah niyyəti də olanda, o bədxah niyyət müəyyən bir həddə cilovlansın. Azərbaycanın ordusu əgər bu gün dünya miqyasında 50-ci yerdədirsə, Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində 5 il, 10 il müddətində görəcəyik ki, Azərbaybaycan ordusu gəlib dünyada 20-ci, 25-ci yerə cıxıb.
Qaldı ki, Ermənistan ordusu, Azərbaycan ordusunu Ermənistan ordusu ilə müqaisə etməyə belə ehtiyac yoxdur. Təkcə ona görə yox ki, bizim pulmuz var və ölkə prezidenti də orduya pul qoyur. Yox, söhbət təkcə bundan getmir. Sadəcə bu gün ermənilər öz ordularını hədsiz çox şişirdirlər. Erməni ordusunun rəhbərliyində olanlar çox güclü ritorikaya malikdirlər. Amma bizim müvafiq strukturlarımızsa, bəzi məsələləri cavabsız qiyur deyə, bəzən görürsən ki, bir az fərqli görünür. Yaxud, istədiyimiz kimi görünmür.
Mən elə başa düşürəm ki, Azərbaycan Prezidentinin ATƏT MQ-nin hazırladığı Daqlıq Qarabağ münaqişəsinin dinc tənzimlənmə variantının reallaşmasına ümidi var. Azərbaycan Prezidenti bundan ötrü çalışır və bu çox düzgün yoldur. Əgər o yol alınmayacaqsa, mən elə başa düşürəm Azərbaycan Prezidenti, ordunun Ali Baş Komandanı ordunun vasitəsilə erməniləri qısa müddət ərzində yerində oturdacaq və Azərbaycanın torpaqlarını da işğaldan azad edəcək. Azərbaycan ordusu hətta ermənilərin özlərini də o faşist diktaturasından azad edəcək”, deyə Mübariz Əhmədoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB