Azərbaycan elektrik enerjisine olan təlabatı 100 faiz özü ödəyir ÖZƏL -AÇIQLAMA
"Azərbaycan tam olaraq elektrik enerjisine olan təlabatı 100 faiz özü ödəyir, hətta, qonşu 3 ölkəyə də elektrik enerjisi nəql edir. Bu gün Azərbaycan neft, qaz, enerji hasilatı və istehsalı sahəsində ən yeni texnologiyaları tətbiq edən və inkişaf etdirən dövlətdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Məzahir Əfədiyev deyib.
Millət vəkili bildirib ki, bu gün hər bir sahədə olduğu kimi energetika sahəsindədə nəzərə çarpacaq yenidənqurma işləri aparılır və müasir tələblərə cavab verən strukturların qurulması üçün addımlar atılır: "Ölkə Prezidenti İlham Əliyevin regionlara səfəri çərcivəsində Mingəçevirdə yenidən qurulan və bütün blokları təmir olunan istilik-enerji stansiyasının acılışı bir daha Azərbaycanın sürətlə bundan sonra da inkişafına edilmiş düşünülmüş adımdır. Bu gün Azərbaycan neft, qaz, enerji hasilatı və istehsalı sahəsində ən yeni texnologiyaları tətbiq edən və inkişaf etdirən dövlətdir. Azərbaycanda post-pandemiya dövündə də sənayenin, turizmin, biznes mühitini yaxşılaşdırmaq və iqtisadi dayanıqlılığı təmin etmək üçün lazım olan bütün resurslar mövcuddur və Ulu öndər Heydər Əliyevin hələ Sovetlər dönəmində 1974-cü ildə bu böyuk enerji lahiyəsinin məhz Azərbaycanda tikilməsi, Mingəçevir İstilik Enerji stansiyası istifadəyə verilməsi Azərbaycanımızın sözün tam mənasında asılılıqdan qorumuşdur. Bir müddət bəzi səriştəsiz adamların dövlət idarəçiliyində yer alması, digər dövlətlərin sifarişini yerinə yetirməsi kimi halların olması dəfələrlə Azərbaycan xalqını xoşagəlməz mənzərə ilə üzləşdirmişdir. Lakin, ölkə rəhbəri bir daha öz iradəsi və əzimkarlığı ilə bu böyük lahihənin və Azərbaycan müstəqilliyinin qorunması üçün, enerji təlabatımızın tam ödənilməsi ücün ardıcıl tədbirlər gördü".
Məzahir Əfəndiyevin sözlərinə görə, hal-hazırda yeni dövr çağırışlarına uyğun olaraq Azərbaycan alternativ enerjilərin istehsalı və mənbələrin yaradılması istiqamətində də uğurlu lahiyələr həyata keçirir: "Günəş, külək və sair alternativ enerjilərin hasilatı üçün dünyanın və Avropanın qabaqcıl şirkətləri ilə birgə işlərin aparılması Azərbaycan xalqının fasiləsiz və keyfiyyətli enerjidən istifadəsinə yönəlmiş uzaqgörən siyasətin tərkib hissəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB