Zəhra Bədəlbəylinin ilk kitabının təqdimatı olub

Zəhra Bədəlbəylinin ilk kitabının təqdimatı olub

1 May 2011-ci il tarixində "Ali və Nino" kitab evində gənc pianoçu və yazar Zəhra Bədəlbəylinin ilk kitabının təqdimetmə mərasimi keçirilib. SİA-nın xəbərinə görə, "Za beskoneçnostyu yavleniy" adlanan kitabda real həyatdan bəhs edən şeirlər əks olunub.


Təqdimetmə mərasimində millət vəkili Ceyhun Osmanlı, "Əli və Nino" kitab evinin rəhbəri Nigar Köçərli, Gənclər və İdman Nazirlyinin gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev, Prezident Administrasiyasından Fərhad Məmmədov, Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyeva, kitabın redaktoru Günel Anarqızı, müğənni Tünzalə Ağayeva, "Eurovision 2009" təmsilçimiz Aysel Teymurzadə, Day.Az radiosunun direktoru Zaur Darabzadə, bəstəkar İsa Məlikov və onlarla digər qonaqlar iştirak etmiş, ürək sözlərini bildiriblər.


Kitabda gənc rəssam Arzu Bağırovanın rəsmlərindən istifadə edilib.


Qeyd edək ki, kitab Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə çap edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə