Bakı şəhərində bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Litva prezidentinin səfəri ilə əlaqədar Azərbaycan paytaxtının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov SİA-ya açıqlamasında bildirib ki, Litva prezidenti Dalya Qribauskaytenin Azərbaycana səfəri ilə əlaqədar mayın 2-də saat 13:00-dan etibarən tədbir başa çatanadək Aeroport şosesi istiqamətindən Heydər Əliyev prospekti ilə, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" meydanı, Niyazi və İstiqlaliyyət küçələri, Rəşid Behbudov, Bakıxanov, Ceyhun Hacıbəyli küçələri, "Qələbə" meydanı, Atatürk prospekti, Həsən Əliyev, Səməd Vurğun küçəsi, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospektləri, Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, 10-cu park küçələrində, mayın 3-də isə 7:30-dan 15:00-dək Fəxri Xiyaban və Şəhidlər Xiyabanı, eyni marşrutlar üzrə "Azneft" dairəsindən Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
V. Əsədov, həmçinin sürücülərə də müraciət edib: "Qeyd olunan küçə və prospektlərdə avtomobillərin yolların kənarında saxlanılması mümkünsüzdür. Sürücülərə bildirmək istəyərdim ki, bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB