“Ermənistan hakimiyyəti konstitusiya tələblərini təhrif edir” Taron Simonyan

“Ermənistan hakimiyyəti konstitusiya tələblərini təhrif edir” Taron Simonyan

Ermənistanın Konstitusiyası Konstitusiya Məhkəməsinə müraciət etmək üçün ümumi deputatların beşdə birinə hüquq verir və bunun bir neçə səbəbi var. SİA Ermənistan mətbuatında yayılan məlumatlara istinadən xəbər verir ki, bu barədə "Parlaq Ermənistan" fraksiyasının deputatı Taron Simonyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Səbəblərdən biri parlament qərarları barədə şikayətlərdir, digər səbəb isə konstitusiya orqanlarının səlahiyyətləri ətrafında yaranan mübahisələrdir. Bu, Milli Məclisin Konstitusiya Məhkəməsinə müraciət etmək və ya etməmək hüququnun olub olmaması deməkdir. Bu dəlilin özüdür. Bu tələblərə əsaslanaraq hərəkət etməliyik. Siyasi tərəfdaşlarımız buna məhəl qoymurlarsa, deməli, ya şüurlu riyakarlıq edilir, ya konstitusiya tələbləri təhrif edilir, ya da cəmiyyətdə cəhalət təbliğatını həyata keçirirlər", deyə deputat qeyd edib.

Taron Simonyan onu da qeyd edib ki, bir növ hakimiyyət qanunun aliliyini pozarsa, bumeranq effekti verir və özünə qayıdar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə