“Kiber və Milli təhlükəsizlik: NATO-nun siyasəti və milli baxış” mövzusunda konfrans keçiriləcək
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Rumıniyanın (NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi) Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə "Kiber və Milli təhlükəsizlik: NATO-nun siyasəti və milli baxış" mövzusunda konfrans keçiriləcək. SAM-dan SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin departament rəhbəri Kərim Kərimov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolae Ureke, ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə əməkdaşı Cemi Smit və SAM-ın elmi işçisi Reşad Kərimov əsas məruzəçilər qismində iştirak edəcəklər.
Ekspertlər dünyada dövlət və strateji əhəmiyyətli veb səhifələrə kiber hücumları, beynəlxalq kiber təhlükəsizliyi, NATO-nun kiber və informasiya təhlükəsizliyi sahəsindəki siyasəti, bu sahədə beynəlxalq təcrübə, kiber hədələr və onların fərdi səviyyəsi, mövcud problemlərdən çıxış yolları və digər bu kimi məsələləri müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB