Liviya dövlət kanalı Qəddafinin oğlu və nəvələrinin dəfn mərasimini nümayiş etdirib

Liviya dövlət kanalı Qəddafinin oğlu və nəvələrinin dəfn mərasimini nümayiş etdirib

Liviya dövlət kanalı Qəddafinin həlak olan kiçik oğlu Seyf Əl Ərəbin və 3 nəvəsinin dəfn mərasimini nümayiş etdirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, cəsədlər Liviya bayrağına bükülmüş olub.

 

Qeyd edək ki, Liviya hökümət nümayəndəsi Musa İbrahim, Muəmmər Qəddafi və ailəsinin paytaxt Trablusdakı villada olduğu əsnada NATO qüvvələri tərəfindən raket hücumu təşkil edildiyini ifadə edərək bildirib ki, Qəddafinin kiçik oğlu Seyf Əl Ərəb ilə üç nəvəsinin həyatını itirdiyi hücumda evə ən az üç raket düşüb.

 

NATO-nun nümayəndəsi isə Trablusda Bab Əl Əziziyə bölgəsində bir hərbi nəzarət məntəqəsinin bombardman edildiyini, ancaq Qəddafinin ailəsindən həlak olanlar olduğuna dair xəbərləri təsdiq edə bilməyəcəklərini bildirib. Digər tərəfdən Binqazidə Qəddafinin hədəf götürüldüyü hücuma dair bu xəbər sevinclə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə