Nitsdə komendant saatı – şəhər blokdadır... QADAĞALAR

Nitsdə komendant saatı – şəhər blokdadır... QADAĞALAR

Fransa Rivyerasının paytaxtında – Nitsdə saat 23:00-dan etibarən komendant saatı tətbiq olunur. Komendant saatının müddəti saat 04:00-a qədərdir və karantin müddəti boyunca öz qüvvəsində qalmaqdadır. SİA euronews-ə istinadən xəbər verir ki, bu qərarı Nits şəhərinin meri Kristian Estrozi qəbul edib. Belə ki, onun rəhbərliyi altında olan şəhərin sakinləri özünütəcrid qaydalarına əməl etməyiblər. Onlar düşünüblər ki, hakimiyyət onlara “tətil” hədiyyə edib, ona görə lazur sahilin İngilis sahili şəhər sakinləri ilə dolu olub, onlar hər gün gəzintiyə çıxırdılar.

Qanun pozuntularına yol verənlərə qarşı fəaliyyət göstərən polisə isə dronlar yardım edəcək. Bu vasitələr şəxsiyyəti müəyyən etmək imkanlarına malikdirlər.

Hazırda sahil ətrafı hüquq-mühafizə gücləri tərəfindən bloka alınıb, hətta günün aydın vaxtında oraya giriş-çıxış qadağandır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə