Yəməndə nümayişçilər atəşə tutulub

Yəməndə nümayişçilər atəşə tutulub
Yəməndə nümayişçilərin atəşə tutuması nəticəsində 10 adam yaralanıb. SİA-nın xəbərinə görə, Cənub Aden şəhərində qüvvələrin etirazçılara qarşı ağır silahlardan istifadə etdiyi bildirilir. Zorakılıqlar Körfəz Əməkdaşlıq Şurasının prezidentin istefası və siyasi böhrana son qoyulması razılığının yekunlaşdırılması məqsədi ilə o ölkəyə səfər etdiyi vaxta təsadüf edir. Yəmənin dövlət xəbər agentliyinin bildirdiyinə görə, şuranın baş katibi Əbdüllətiv Əl-Zəyani Yəmən rəsmiləri və müxalifətini Səudiyyə Ərəbistanında bazar ertəsi günü təşkil edələcək imzalama mərasiminə dəvət etməlidir. Körfəz Əməkdaşlıq Şurasının 6 üzvünün təşəbbüsü ilə əldə edilən razılığa görə prezident Əli Abdulla Saleh 30 gün ərzində istefa verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə