"Ümid edək ki, Paşinyan bundan sonrakı tədbirlərdə sakit oturacaq" ÖZƏL-ŞƏRH
"İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfrans formatında Sammiti keçirilib. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitini giriş sözü ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel açdı.Sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen çıxış etdi. Sammitdə Prezident İlham Əliyevin çıxışı ciddi maraq doğurdub". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
"Prezident bildirib ki, “Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır”. Sitatın sonu.
O eyni zamanda bütün platformalarda olduğu kimi ŞT dövlətlərini dövlət və hökumət başçılarının videokonfransında bir daha Ermənistanın işğalçılıq siyasətinə toxunaraq bildirib ki, “Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Sitatın sonu.
Və bu zaman Prezidentin çıxışına Ermənistan baş naziri tərəfindən yersiz müdaxilə olunsa da, Prezident İlham Əliyev Nikol Paşinyanı susduraraq bildirib ki “Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”, deyə Prezident bildirib.
Beləliklə, Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın işğalçılıq siyasətini ifşa etdi və eyni zamanda düşmən ölkənin baş nazirini susdurmuş oldu. Valday, Aşqabad, Münhen toplantılarında olduğu kimi. Ümid edək ki, Nikol Prezident İlham Əliyevin məsləhətinə riayət edərək bundan sonrakı tədbirlərdə sakit oturacaq. Çünki, replika atmaq, cavab vermək üçün Paşinyanın nə intelektual potensialı var, nə də savadı....".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB