Obama ABŞ-da baş verən təbii fəlakət nəticəsində zərər çəkən vətəndaşlarla görüşüb
ABŞ prezidenti Barak Obama ötən gün qasırğanın zərər vurduğu Alabama ştatına gedib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Prezident dağıntı olan ərazilərə baş çəkərək əhaliyə lazım olan köməkliyin göstəriləcəyinə söz verib. Obama yanğınsöndürmə xidməti əməkdaşları və xilasetmə xidməti ilə birlikdə Tuskalusa yaşayış məntəqəsində olub.
"Mən heç vaxt belə dağıntı görməmişəm. Bu, ürək ağrıdıcı hadisədir. Biz burada şükürlər olsun ki, canını qutara bilən bəzi sakinlərlə danışdıq. Amma onlar hər şeylərini itiriblər. Zərərçəkən ailələri yadımızda saxlamaqdan əlavə bizim ən vacib məqsədimiz bu icmaya bərpa olunmağa kömək etməkdir", - deyə ABŞ prezidenti bildirib.
Xatırladaq ki, ABŞ-ın cənub ərazilərdə baş verən qasırğa 318 nəfərin həyatına son qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB