Azərbaycan prezidenti İlham Əliyev Niderland Kraliçası Ülyahəzrət Beatriksə təbrik məktubu göndərib.
SİA-nın məlumatına görə, prezident Niderland Krallığının milli bayramı Kraliça günü münasibətilə Ülyahəzrət Beatriksi təbrik edib. Təbrikdə deyilir: "Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Niderland münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına sülh və rifah diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB