Paytaxtın bəzi küçə və yollarında avtomobillərin hərəkətində müvəqqəti manelər yaranacaq
Bakı əhalisinin su təchizatının yaxşılaşdırılması məqsədilə Oğuz-Qəbələ-Bakı kəməri ilə paytaxta verilən suyun paylanması üçün şəhər ərazisində 25 yerdə birləşdirmə işlərinə start verilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov SİA-ya açıqlamasında bildirib ki, buna görə, Mətbuat prospekti ilə Firudin Ağayev küçəsinin kəsişməsində, Şəfayət Mehdiyev küçəsi ilə Alatava su anbarı istiqamətində, 3-cü mikrorayon dairəsindən Nəsimi metrosu istiqamətində (Zərifə Əliyeva parkının qarşısı), 8-ci km qəsəbəsi, Naxçıvanski və Köçərli küçələrində, Məhəmməd Hadi küçəsindən Ukrayna dairəsinə qədər, 20 yanvar dairəsi istiqamətindən Tiblisi prospekti ilə yolun sağ kənarı ilə Diaqnostika Mərkəzinin yanından Velotrekə qədər, Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində qazıntı işləri aparıldığından, yollar daralıb.
Vaqif Əsədovun sözlərinə görə, yolların daralması avtomobillərin hərəkətində müəyyən problemlər yarada bilər. Məhz bu səbəbdən sürücülərdən həmin küçə və yollarda hərəkət edərkən diqqətli olmaları, tıxacların yaranmaması üçün qaydalara qaydalara riayət etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB