Paşinyan qanunu rədd edir, Sarukyan da “ağ dəftər” deyil ANALİTİK

Paşinyan qanunu rədd edir, Sarukyan da “ağ dəftər” deyil ANALİTİK

“Hələ bir neçə dəfə də inqilablar etmək lazımdırsa, biz buna hazır olmalıyıq”

“Paşinyan hakimiyyətinin hərisliyindədir və o, qanunu rədd edir...”. SİA xəbər verir ki, bu barədə "armenianreport" saytının siyasi şərh bölməsəsində “Sabah hər birimizin dalınca gələcəklər” başlıqlı məqaləsində yazılıb.

Müxalifətyönlü “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyanın həbsi ilə bağlı verilən qərarı şərh edən müəllif yazır ki, bu məsələnin nə ilə bitəcəyini demək də çətindir. “Baş nazir Paşinyan mütləq bu partiyanı sona qədər oynayacaq və Sarukyanı həbs edəcəklər”, deyə yazılan yazıda həmçinin bildirilir ki, Sarukyan da “ağ dəftər” deyil və o kriminal oliqarx kimi məhz Robert Koçaryanın zamanında yetişməyə, Serj Sarkisyanın vaxtında da varlanmağa başlayıb.

Sarukyan geri çəkilməyəcəyi üçün hansı söyüşü qoyub?

“Sarukyan o adamlardandır ki, Ermənistanı sağmal inək kimi görüb”, deyilən məqalədə qeyd olunur ki, o zamanında bir çox adamlara kömək edib. Məhz bu səbəbdən müsbət imic toplamağı bacarıb. Ona görə də onun xeyrinə olmayan hər nə isə baş verirdisə, dərhal ağzını açaraq müxtəlif səslər çıxarıb: “İndi də ona təhlükə yaranarkən, o bu vasitədən istifadə edərək bəyan edib ki, əgər geriyə çəkilərsə, bu zaman hər kəs onu fahişə oğlu kimi tanısın. Və o həqiqətən də sona qədər mübarizə aparmağa hazırdır. Axı onun da itirəcəkləri ola bilər. Sarukyan geri çəkilərsə, əsasən avtoritetini itirəcək. Bu isə onun əsas kapitalıdır. Onun yüz milyonlarla dollarları güclü oliqarx kapitalıdır və istənilən hakimiyyət onunla hesablaşmalıdır. Paşinyan isə onu asfalta yıxmaq üçün əlindən gələni edir...”.

“Hakimiyyətin sabah ona təhlükəli hesab edilən hər kəsin dalınca gələ bilməyəcəyi zəmanəti varmı?”

“Lakin elə müəyyən məsələlər də var ki, on ları xatırlatmaq yazımdır. Misal üçün, Sarukyan deyil, məhz Paşinyan Ermənistanın mövcud vəziyyətdən çıxması üçün real imkanlara malik idi. Cəmiyyət ona yeni ölkə qurması üçün kart-blanş verdi. O isə yeni ölkəni qura bilmədi və bu faktdır. İqtisadi, daxili siyasət böhranları və Rusiya, eləcə də digər ölkələrlə artan problemlər... Qərb istiqamətində də real sıçrayış yoxdur. Üstəgəl, koronavirus hakimiyyətin diletantlığını ifşa etməsi ilə yanaşı, səhvlərini də etiraf etmək gücündə olmadığını göstərdi”, "armenianreport" yazır.
Məqalədə sual olunur: “Hakimiyyətin sabah ona təhlükəli hesab edilən hər kəsin dalınca gələ bilməyəcəyi zəmanəti varmı? Belə bir zəmanət yoxdur. Ona görə də indi aktiv müqavimət göstərməyin vaxtıdır. Ancaq Qagik Sarukyanın azadlığı naminə deyil, o Ermənistana görə ki, biz onun haqqında xəyal edirik. Bu elə bir ölkədir ki, hakimiyyət xalqı eşidəcək və dövlətçilik baxışından çıxış edəcək, özünün şəxsi maraqları baxımından deyil. Və bunun üçün hələ bir neçə dəfə də inqilablar etmək lazımdırsa, biz buna hazır olmalıyıq”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə